COVİD-19 virusuna yoluxan, xəstəliyi yüngül formada keçirənlər müəyyən qaydaları gözləməklə ev şəratində müalicə olunur.

Unikal.org ATV-yə istinadla xəbər verir ki, bəzi hallarda virusa yoluxanlar həkim məsləhəti olmadan özbaşına müalicə olunmağa çalışır.

Sonradan bəziləri şikayətlənir ki, iynə vurdurmağa tibb işçisi tapa bilmir. Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahat mərkəzinin həkimi Lətafət Dadaşova bildirir ki, COVİD-19 virusuna yoluxan, evdə müalicə təyin edilən şəxslərə yalnız dərman preparatları kifayət edir.

Yəni, evdə müalicə təyin edilən xəstələrə hansısa iynə vurdurmaq və sistem köçürmək məsləhət görülmür.

Özbaşına müalicə ölümlə nəticələnə bilər.