Ukraynanın Odessa şəhərində Osmanlı dönəminə aid arxeoloji tapıntılar üzə çıxıb.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, Hacıbəy qalasında aparılan qazıntılar zamanı Osmanlı dövrünə aid keramik sənət əsərlərinin hissələri aşkarlanıb. Tapıntıların 14-cü yüzilliyə aid olduğu güman edilir.

Ukraynalı tarixçi Andrey Krasnojon Hacıbəy qalasının qalıntılarında həmçinin miladdan öncə 6-cı əsrə aid nümunələrin də olduğunu bildirib.