Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu milli elektrik qatarı istehsalı ilə bağlı açıqlama verib. 

Unikal.org xəbər verir ki, nazir prototip olaraq kütləvi istehsalın başlayacağını bildirib. Qeyd edilib ki, bunu TÜRASAŞ şirkəti üzərinə götürüb. Qatarın sonuncu versiyası isə 2021-ci ildə təqdim ediləcək. İstehsal prosesi üçün 4 minə yaxın işçi qüvvəsi səfərbər edilib. Qatarların istehsalı məqsədilə 11 ədəd dəmiryolu baxım avadanlığı da hazırlanacaq. 

Xatırladaq ki, Türkiyənin bu istehsalının arxasında yüz illik təcrübə dayanır.