ABŞ dövlət katibi Mayk Pompeo Venesuela əhalisinə müraciət edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo müraciətdə xalqı demokratiyaya keçidə dəstək olmağa və səslərinə sahib çıxmağa çağırıb.

Qeyd edək ki, Venesuelada parlament seçkiləri keçiriləndən sonra ABŞ və bir neçə dünya ölkəsi nəticələri tanımayıb. Müxalifətin böyük qismi də seçkiləri boykot edib və nəticələr saxtalaşdırıldığı üçün tanımadığını elan edib.