Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda onlarla avtobus sıxlıqda qalıb.

Sıxlıq səbəbindən bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.