İrəvan Rusiya Prezidenti Vladimir Putindən Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası prosesini dəstəkləməsini istəyib.

Unikal.org xəbər verir ki, müvafiq məktubla Rusiya liderinə erməni həmkarı Armen Sarkisyan müraciət edib.

Ermənistan prezidenti demarkasiya ilə bağlı tərəflər arasında yeni mübahisələrin yaranması baxımından potensial təhlükə olduğunu bildirib.