Avropa İttifaqı ilə bağlı sistemli dezinformasiya yayan Hindistan mənşəli şəbəkə aşkar olunub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "EU Disinfo Lab"  adlanan dezinformasiyalarla mübarizə aparan müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı Aİ-nin rəsmi qurumlarına müraciət edib.

Müraciətdə Avropa İttifaqı haqqında spekulyasiya xarakterli manipulyativ məlumatların və saxta informasiyaların virtual məkanda yayılması ilə məşğul olan Hindistan mənşəli şəbəkənin mövcud olduğu iddia olunur. Həmçinin Pakistan və Çin əleyhinə təbliğatda iştirak edən bu şəbəkənin Hindistanın beynəlxalq imicini yüksəltməyi hədəfləyən materialların yayılması ilə məşğul olduğu bildirilir. Rəsmi qurumların bu sahədə araşdırmalar aparması tövsiyə olunur.