Çin Amerika vəzifəli şəxslərinin Honkonqa girişinə qadağa qoyub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq paytaxt Pekində keçirilən mətbuat konfransında bu barədə danışıb.

Rəsmi Vaşinqtonun Çin Kommunist Partiyası üzvlərinə qarşı viza məhdudiyyəti qoymasına toxunan XİN nümayəndəsi ABŞ-ın Çinin daxili işlərinə qarışdığını bəyan edib. Honkonq məsələsindən istifadə edən ABŞ rəsmilərinə qarşı sanksiyalar tətbiq olunacağı bildirilib.