Türkiyənin İstanbul şəhərində terrorizmlə mübarizə çərçivəsində yeni əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, İŞİD terror təşkilatı ilə əlaqəsi olan 11 şəxs əməliyyatlar zamanı saxlanılıb. Eyni anda əvvəlcədən təsbit olunmuş 18 ünvanda əməliyyat-axtarış işləri aparılıb. Nəticədə xeyli elektron material, bir neçə tapança da ələ keçirilib.

Həbs edilənlərlə bağlı araşdırmalar və ümumi əməliyyat tədbirləri davam etdirilir.