Bakıda evdə yanğın hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 228 m² olan üçmərtəbəli evin birinci mərtəbəsində 3 ədəd məişət avadanlığı və mətbəx mebeli 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.