Afrika qitəsində COVID-19 virusu ilə bağlı yeni göstəricilər açıqlanıb.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, qitədə son 24 saatda koronavirusa yoluxanların sayı 18 930 olub. Daha 392 nəfər isə son sutkada virusa görə həyatını itirib.

Qitədə ümumi yoluxma sayı 2 milyon 339 min 316 oldu. Ümumi ölənlərin sayı 55 357-yə yüksəlib. Ən çox yoluxma sayı CAR, Mərakeş və Misirdə müşahidə olunub.