Karib dənizində səyahətə çıxan turist köpək balığının hücumuna məruz qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sent-Martin adasının yaxınlığında baş verib. Nəticədə turist həyatını itirib.

Belə ki, sahildən 150 metr aralıda üzən qadın köpək balığının yaxınlıqda olduğunu görüb. Köpək balığı oradan uzaqlaşa bilməyən qadının ayağını qoparıb. Fransa vətəndaşı olan 38 yaşlı qadın hadisə yerindəcə keçinib.

Dərhal sonra həmin ərazilərdə üzmək yasaqlanıb.