Məşhur alim, tanınmış Nobel mükafatı laureatı Əziz Sancar insanları koronavirus əleyhinə vaksin olunmağa çağırıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Əziz Sancar vaksin olunmağı tövsiyə etdiyini bildirib.

"Bu an Türkiyədə olsaydım, növbəyə girib vaksin vurdurardım. Xalqımıza vaksin olunmağı məsləhət görürəm. Səhiyyə Nazirliyinin yaratdığı imkandan yararlanmaq lazımdır", - deyə Əziz Sancar söyləyib.

Həmçinin dövlət orqanlarına bunun üçün təşəkkür etdiyini əlavə edib.