Avrasiya İqtisadi Birliyinin zirvə toplantısı gerçəkləşdirilib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, toplantı videokonfrans şəklində onlayn formatda keçirilib. Əsas müzakirə mövzuları Özbəkistanın təşkilata müşahidəçi hüquqlu üzv kimi qəbul olunması, 2025-ci ilədək inteqrasiya məsələləri və qaz nəqli marşrutunun seçilməsi olub.

Qeyd edək ki, təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan daxildir. Həmçinin Moldova müşahidəçi hüquqlu üzv statusuna malikdir.