Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında əməliyyat keçirib.

Unikal.org xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində məlumat verilib. Əməliyyat PKK terror təşkilatına qarşı həyata keçirilib. Hakurk və Avaşin bölgələri əhatə edilib. 

Əməliyyat nəticəsində terror təşkilatının silah-sursatı və hərbi təchizatı ələ keçirilib.