Ermənistan prezidenti Armen Sarkisyan müxalif Daşnaqsütun Partiyasının əsas funksionerləri ilə görüşüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, prezidentin mətbuat xidməti məlumatı təsdiqləyib. Belə ki, Armen Sarkisyan Daşnaqsütun Partiyasının nümayəndələri İşxan Saqatelyan və Akop Ter-Xaçaturyanla bir araya gəlib. Görüşdə Ermənistandakı ümumi ictimai-siyasi vəziyyətin müzakirə mövzusu olduğu bildirilib.

Ermənistan mətbuatının bəzi səhifələri isə ölkə prezidentinin radikal müxalifətlə baş nazir Nikol Paşinyana qarşı yaradılacaq yeni ittifaqın şərtlərini müzakirə etdiyini yazıb.