"Rusiya bölgədə sülhün bərqərar olması üçün əlindən gələni edir. Biz münaqişə tərəflərinin də eyni hədəflərə istiqamətlənməsinin tərəfdarıyıq."

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Qarabağın Hadrut bölgəsində atəşkəsin pozulmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Moskva Qarabağda sülhün bərpa olunmasına çalışır.