“Ərdoğan sözünü tutan adamdır, kişi adamdır”. 

Unikal.org xəbər verir ki, bunu bu gün Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxışında deyib. 

“Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil?” sualına cavab verən Rusiya Prezidenti tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib: “Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm. Siz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dediniz. Ərdoğan sözünü tutan adamdır, kişidir o. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”.