Brüsseldə Azərbaycan - Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının iclası keçirilib.

Unikal.org-un xəbərinə görə, iclasa Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov sədrlik edib.

Brüsselə səfəri çərçivəsində Azərbaycanın XİN başçısı Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə də görüşüb.