Türkiyədə PKK terror təşkilatına qarşı yeni əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, silsilə əməliyyatlar olan "Yıldırım" əməliyyatları çərçivəsində yeni "Yıldırım-5" əmıliyyatı təşkil olunub.

Hatayda keçirilən əməliyytlarda Amanos dağlarında PKK-ya aid olan sığınacaqda silah-sursat və maddi-texniki təchizat vasitələri ələ keçirilib. Həmçinin müxtəlif gündəlik istehlak vasitələri müsadirə edilib. Bu sahədə silsilə əməliyyatlar davam etdiriləcək.