Prezident İlham Əliyev bir qrup şəxsi “Şərəf” ordeni ilə təltif edib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev  bu ordenə layiq görülüb. Bundan başqa, Azərbaycanda elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı da "Şərəf" ordeni ilə təltif edilib.

Eyni zamanda Xalq artisti Mənsum İbrahimov Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeninə layiq görülüb.