Milli Məclisin sədri Sahibə Qafarova gürcüstanlı həmkarı Arçil Talakvadzeni yenidən Gürcüstan parlamentinin sədri seçilməsi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

"Gürcüstan parlamentinin sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin sürətlə inkişaf etməsindən məmnunluq duyuram. İnanıram ki, parlamentlərarası əməkdaşlıq xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlavə təkan verəcəkdir", - deyə təbrik məktubunda qeyd olunub.