Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.

Unikal.org xəbər verir ki, həmin sessiyada İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi də təsdiq olunub.

Fondun büdcəsinin gəlir və xərcləri 2 milyon 800 min manat məbləğində müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.