Türkiyənin İzmir vilayətində eradan əvvəl V əsrə aid Afrodita məbədinin qalıqları aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə ölkənin Memar Sinan İncəsənət Universitetinin Arxeologiya Bölməsi tərəfindən aparılan tədqiqatlar 1600 kvadratkilometrlik ərazidə həyata keçirilir.

Araşdırmalar nəticəsində 35 tarixi yaşayış ərazisi, bölgədə yaşayan, eradan əvvəl VI əsrə aid xalqların iqtisadi və sosial əlaqələrinə aid əşyalar da tapılıb.