İtaliyalı rəssam Sandro Bottiçellinin XV əsrdə "Roundel tutan gənc adam" tablosu ABŞ-ın Nyu-York şəhərində hərraca çıxarılıb. 

Unikal.org xəbər verir ki, "Sotheby's Auksion" evində keçirilən hərracda  məşhur tablo 92 milyon dollara satılıb. Bildirək ki, alıcının kimliyi açıqlanmayıb.