Türkiyə milli komandasının futbolçusu Cenk Tosun karyerasını yenidən “Beşiktaş”da davam etdirəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçu axtarışında olan İstanbul təmsilçisi sabiq forvardını icarəyə götürür.

“Ağ-qaralar” futbolçunun müqavilə ilə məxsus olduğu “Everton”la razılığa gəlib. Anlaşmaya əsasən Cenk mövsümün sonunadək “Beşiktaş”da çıxış edəcək.

Qeyd edək ki, Tosun İstanbul klubunda ümumilikdə 142 oyunda 64 qol vurub.