Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Unikal.org xəbər verir ki, ilk olaraq birinci divizion təmsilçisi "Kəpəz" klubu "Keşlə"nin qonağı olacaq. Digər görüşdə "Neftçi" komandası "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları 6-7 fevral tarixlərində baş tutacaq.

2 fevral

16:00. “Keşlə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
ASK Arena

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Bakcell Arena