"Barselona"nın futbolçusu Lionel Messi Bilbao "Atletik"i ilə La Liqa matçı zamanı rəqib klubun ehtiyat oyunçusunu təhqir edib.

Unikal.org xəbər verir ki, bu barədə "El Chiringuito” məlumat yayıb.

Xəbərə görə, oyun zamanı hakim argentinalıya qarşı qayda pozuntusundan sonra cərimə zərbəsi təyin edib. "Atletik”in ehtiyat oyunçuları hakim qərarına etiraz ediblər. Messi rəqibin oyunçularının davranışını hakimə göstərib. Futbolçulardan biri hücumçuya qışqıraraq, susmasını tələb edib.

"Axmaq, sən yemisən?", - deyə Messi ona belə cavab verib.