Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

Unikal.org xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanla qarşılaşıb. Afinadakı Daiss İdman Sarayında oynanılmış qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Vassura, daha sonra Eduardo Borges fərqlənib. Oyunda son nöqtəni isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.

Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.