Dağlıq Qarabağda atəşkəsə nəzarət çərçivəsində yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətinə davam edir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter hesabında məlumat verilib.

Məlumatda deyilir ki, bu vəzifəni birlikdə icra edən türk və rus hərbiçiləri mərkəzdə atəşkəsin pozulmasını önləmək üçün tədbirlər görürlər.