Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Nəsimi metrosunun yaxınlığında 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yeniyetmə həkim nəzarətinə götürülüb.