Vaxtilə "Barselona", "Sevilya", "Milan", "Everton" kimi komandaların şərəfini qorumuş Jerar Deulofeu karyerasını Rusiyada davam etdirə bilər.

Unikal.org "Sport24"ə istinadla xəbər verir ki, hazırda "Udineze"nin formasını geyinən 26 yaşlı futbolçunun özü bu barədə məlumat verib: "Təkliflər çox idi: İtaliyadan, İspaniyadan, hətta Rusiyadan da. Ad çəkməyəcəm, amma həqiqətən Rusiyadan təklif almışdım. Gələcəkdə nə olacağını heç kim deyə bilməz. Hər şey mümkündür. Bəlkə də karyeramı Rusiyada davam etdirəcəm, bəlkə də yox. Hələ ki, "Udineze"nin uğurları haqda düşünürəm". 

Qeyd edək ki, Deulofeo ilə Moskva "Lokomotiv"i yaxından maraqlanır.