İngiltərə Premyer Liqasında 30-cu turun mərkəzi oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Emirates" stadionunda oynanılan derbi matçında iki London təmsilçisi - "Arsenal" və "Tottenhem" komandaları üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş "Arsenal" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşdən sonra xal ehtiyatını 41-ə çatdıran "Arsenal" turnir cədvəlində 10-cu, "Tottenhem" isə 45 xalla 7-ci sırada qərarlaşıb.