Bakı Nəqliyyat Agentliyi (BNA) 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini müvəqqəti dəyişdirib.

Bu barədə Unikal.org-a qurumdan bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.