Qərbi Kaspi Universitetində tələbələrin elmi-tədqiqat aparma bacarıqlarının artırılması məqsədilə onlayn master klas təşkil edilib.

Unikal.org xəbər verir ki, Təbiət Elmləri Kafedrasının müəllimi biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədovun apardığı master-klassda ilk öncə tələbələrə nümunədən DNT-nin ayrılması üçün lizis buferinin hazırlanması izah olunub. Sonra isə banan nümunəsinin həmin buferdə düzgün homogenizə olunması və DNT ekstraksiyası həyata keçirilib.

Beləliklə, tələbələr ev şəraitində olsa da nümunədən DNT-nin ayrılmasını əyani şəkildə həyata keçirməklə, genetik metodlarla işlənmənin prinsiplərini mənimsəyiblər.