"Neftçi"nin heyətinə qatdığı Keysuke Hondanın təqdimat mərasiminin vaxtı məlum olub.

Unikal.org klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevdən aldığı məlumat əsasında xəbər verir ki, yaponiyalı yarımmüdafiəçinin təqdimat mərasimi bu gün "Bakcell Arena"da baş tutacaq. Daha sonra, yəni saat 17.00-dan etibarən "Zoom" proqramı vasitəsilə mətbuat konfransı keçiriləcək.

 31 yaşlı futbolçunun "Neftçi"də "10" nömrəli formanı geyinəcəyi də böyük ölçüdə dəqiqləşib.