“Son 3 ayda ərzaq və tikinti materiallarının qiyməti hədsiz artıb. Pandemiya zamanı insanlar işlərini itiriblər. 1 292 nəfərə işsizlikdən sığorta ödənişi edilib. İşsiz əhalinin sayı kifayət qədər artmaqdadır”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda sosial problem acınacaqlı vəziyyətdədir:

“Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Ölkədə 47 olimpiya kompleksi fəaliyyət göstərir. Ancaq onların əksəriyyətinin qapısı bağlıdır”.