"Azbiyan" MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edilib.

Unikal.org-un məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərtib etdiyi protokol baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. İşə Cavid Sultanovun sədrliyi ilə baxılacaq.

Şirkətə protokol kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən yazılıb. 

Bu inzibati xətaya görə, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Azbiyan" MMC-nin direktoru Nizami Nəsirov adlı şəxsdir. Sözügedən şirkət biyan kökünün istehsalı və emalı ilə məşğul olur.

Seymur Əli