Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixayıl Boçarnikovla görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri Zinnurov İrek Xaydaroviç də iştirak edib.
Görüş zamanı Rusiyadakı Azərbaycan diasporunun mövcud vəziyyəti, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, cari planlar, ölkəmizdəki rus icmasının fəaliyyəti, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.