Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilməsi ilə  bağlı məluumat yayılıb.

Unikal.org xəbər verir ki, Bakı Metrosunda terror aktı törədən şəxs Aslanov Azər Məhərrəm oğlu deyil, Aslanov Azər Salman oğludur.

Qeyd edək ki, Aslanov Azər Salman oğlu 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.