Martın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Fatoş Hande Harmancı ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə Dövlət Statistika Komitəsi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.