44 günlük Və­tən Müha­ri­bə­si Azər­bayc­a­nın qə­lə­bə­si ilə nə­tic­ə­lən­sə də, cə­miyy­ət­də na­ra­hat­lıq hə­lə də da­vam edir. Xüsu­sən də Azər­bayc­a­nın tam nə­za­rə­tin­də ol­may­an, sülhmə­ram­lı qüvvə­lə­rin yer­ləş­diyi əra­zi­lər­lə bağ­lı müəm­ma­lı və­ziyy­ət bir­mə­na­lı qar­şı­lan­mır. Bu və ya di­g­ər mə­sə­lə­lər­lə bağ­lı “Uni­kal” qə­ze­ti­nə müsa­hi­bə ve­rən Bor­ça­lı Cə­miyy­ə­ti­nin sə­d­ri, siy­a­si şərh­çi Zə­lim­xan Məm­məd­li diq­qət­çə­kən mə­qam­la­ra to­xu­nub.

Unikal.org həmin müsahibəni təqdim edir.

-Zə­lim­xan bəy, Azər­bayc­an Və­tən Müha­ri­bə­si­ni qə­lə­bə ilə ba­şa vur­sa da, Dağ­lıq Qa­ra­bağ­da er­mə­ni pro­ble­mi hə­lə də qa­lır. Sizcə, bu mə­sə­lə necə həll olun­ma­lı­dır?

-Mə­nim fi­k­rimcə, Və­tən Müha­ri­bə­sində fi­zi­ki ola­raq uğ­u­ru­muz ol­sa da, siy­a­si, stra­te­ji tə­rəf­dən cid­di təh­did al­tı­na sa­lın­mı­şıq. İşğ­al­çı qo­şun bey­nəl­xalq sta­tu­su ol­ma­dan sülhmə­ram­lı ki­mi öl­kə­miz­də­dir. Siy­a­si-ide­o­lo­ji hə­də­f­lə­ri ke­çən 4 ay ər­zin­də düşmə­ni­mi­zi hi­may­əyə və döv­lət­çi­liy­i­mi­zi təh­di­də yö­nə­lib. Azər­bayc­an siy­a­si ha­ki­miyy­ə­ti di­rə­niş gö­s­tər­mək cə­sa­rə­tin­də dey­il. Bu pro­ble­min bir­də­fə­lik həll yo­lu mil­li ira­də­nin ha­ki­miyy­ə­tə da­şın­ma­sın­dan bi­la­va­si­tə ası­lı­dır. Di­g­ər bütün va­ri­ant­lar­da uğ­ur­suz­luq bi­zi tə­qib edəc­ək. Ru­siya, Er­mə­ni­s­tan və Azər­bayc­an ara­sın­da va­si­tə­çi­lik­də qal­dıqca bu pro­blem həll olun­may­ac­aq. Azər­bayc­an-Er­mə­ni­s­tan bir­ba­şa tə­mas­la­rı sülh sa­zi­şi yo­lu­nu aç­maq üçün ən ide­al, bu, ol­may­ac­aq­sa, Azər­bayca-Türkiyə, Ru­siya-Er­mə­ni­s­tan for­ma­tı sülhə apa­ran op­ti­mal yol say­ı­la bi­lər. Sülh sa­zi­şi yox­dur­sa, de­mə­li, pro­blem qa­lır və qa­lac­aq.

-Cə­miyy­ət tə­rə­fin­dən “ter­ror­çu ba­şı” Ara­ik Aru­tuny­a­nın zə­rər­siz­ləş­di­ri­lə­rək, həbs olun­ma­sı istəyi var. Bu yön­də han­sı ad­dım­la­rı at­maq olar?

- Bu yön­də ad­dım at­maq üçün ra­di­kal for­ma­da ha­ki­miyy­ət­də yu­va sa­lan 5-ci ka­lon və er­mə­niy­an­lı­lar ra­di­kal for­ma­da zə­rər­siz­ləş­mə­li­dir. Ək­sər döv­lət ha­ki­miyy­ət or­qan­la­rı tə­əssüf ki, yad ünsir­lər­lə do­lu­dur. Nic­at xal­qı­mı­zın cə­sa­rə­ti­nə və onun içə­ri­sin­dən çıx­mış mil­li siy­a­si qüvvə­lə­rin id­ra­kı­na, bu re­al­la­şar­sa, Türkiy­ə­nin hi­may­ə­si­nə bir­ba­şa bağ­lı­dır.

 -Sizcə, Qa­ra­bağ­da an­ti-ter­ror əmə­liyy­at­la­rı ke­çi­ri­lə bi­lər­mi, ke­çi­ri­lər­sə, Ru­siya sülhmə­ram­lı­la­rı­nın re­ak­siy­a­sı necə olac­aq?

- Qa­ra­bağ­da an­ti­ter­ror ad­dım­la­rı at­maq üçün bütün hüqu­qi, siy­a­si, mə­nə­vi əsas­la­rı­mız var. İn­san­la­rı­mı­za, əra­zi­mi­zə, ta­ri­xi abi­də­lə­ri­mi­zə, el-oba­la­rı­mı­za qar­şı həy­a­ta ke­çi­ril­miş soy­qı­rım­lar əsas ve­rir ki, bu­nu edən­lə­ri cə­hən­nə­mə qə­dər qo­vaq. İde­o­lo­ji-siy­a­si işğ­al və ha­kim ko­man­da­nın mil­li ma­raq­la­rı fir­qə ma­raq­la­rı­na qur­ban ver­mə­si qar­şı­mız­da du­ran ən böyük ma­ne­ə­dir. İn­di­ki du­rum­da tək çı­xış yo­lu və sə­viyy­ə­li əmə­liyy­at­lar ke­çir­mək Pre­zi­den­tin ha­ki­miyy­ət-mil­li qüvvə­lər-xalq bir­liy­i­ni sti­mul­laş­dır­ma­sın­dan, re­al­laş­ma­sın­dan ası­lı­dır. Bu ağ­rı­sız və az it­ki­siz yol­dur. Bu dərk olun­maz­sa, mil­li qüvvə­lər - xalq və or­du vəh­də­ti apa­rıcı olac­aq. Ru­siy­a­nın hoq­qa­la­rı­na qı­sı­la-qı­sı­la, “o böyükdür, biz ba­lac­ay­ıq” təs­lim­çi möv­qeyi ilə ya­na­şac­ay­ıq­sa, udu­zac­ağ­ıq. Biz güclüyük və Ru­siy­a­nın öl­kəm­də lo­tu­luq et­mə im­kan­la­rı­nın qar­şı­sı­nı bütün va­si­tə­lər­lə al­mağa borc­luy­uq. Ru­siy­a­nı bi­zim onun­la di­rə­niş­dən çə­kin­mə­diy­i­mi­zə inan­dır­ma­lıy­ıq.

-Son dövr­lər ha­ki­miyy­əty­önlü siy­a­si­lər, de­pu­tat­lar be­lə bir əmə­liyy­a­tın ke­çi­ril­mə­si­nin müm­künlüyünü və Rus qo­şun­la­rı­nın da bu­na ma­ne ol­may­ac­ağı ilə bağ­lı fi­kir­lər səs­lən­dir­mək­də­dir­lər. Necə düşünürsünüz, bu möv­qe­də olan­la­ra haqг qa­zan­dır­maq olar­mı?

- Ha­ki­m siyasi kursa dəstək verənlər arasında elə cə­sa­rət sa­hi­bi­ni ta­nı­mı­ram. Əg­ər dey­ən var­sa, bu­na haqq edir­lər. Ru­siya Azər­bayc­a­nın su­ve­ren hüquq­la­rı­nı po­zur və bu mil­li mə­na­fey­i­mi­zə təc­avüzdür. Tə­əssüf ki, bu gün di­rə­niş üçün par­la­ment, hö­ku­mət day­a­nıq­lı dey­il. İn­for­ma­siya təhlükə­siz­liy­i­miz zay du­rum­da­dır. Bu cə­sa­rə­ti ha­ki­miyy­ə­tə da­şı­maq üçün təc­i­li Pre­zi­den­tin rəh­bər­liy­in­də mil­li eti­mad hö­ku­mə­ti ya­ra­dıl­ma­lı və tə­xi­rə­sal­ma­dan par­la­men­tin bu­ra­xıl­ma­sı və de­mo­kra­tik yol­la mil­li ira­də­nin gücü ilə for­ma­laş­mış par­la­men­tə eh­tiy­ac var.

-Be­lə bir si­tu­a­siy­a­da Türkiyə ilə müttə­fiq­liy­i­miz Azər­bayc­a­nın əli­ni han­sı for­ma­da güc­lən­di­rəc­ək?

- Türkiyə ilə in­te­q­ra­siy­a­mız­da cid­di tor­moz­lan­ma­nı müşa­hi­də edi­rəm. Türkiyə ilə günü sa­bah­dan təhlükə­siz­lik, müda­fiə, stra­te­ji mə­sə­lə­lər­lə bağ­lı cid­di müqa­vi­lə­lə­rə eh­tiy­ac var. Türkiyə-Azər­bayc­an kon­fe­de­ra­siy­a­sı tə­rəddüd et­mə­dən siy­a­si gündə­mə da­şın­ma­lı­dır. Mövc­ud du­rum­da Pre­zi­den­ti tək görü­rəm. Sa­da­la­dığ­ım struk­tur­lar day­a­nıq­lı dey­il. Pre­zi­dent tə­xi­rə­sal­ma­dan han­sı ci­nah­dan ol­ma­sın­dan ası­lı ol­may­a­raq ağ­ıl­lı tək­li­f­lə­ri dəy­ər­lən­dir­mə­li, de­mo­kra­tiy­aya açı­lım­la bağ­lı yol xə­ri­tə­si­ni müəyy­ən­ləş­dir­mək ira­də­si gö­s­tər­mə­li­dir. Türkiyə bütün va­ri­ant­lar­da Azər­bayc­a­nın ya­nın­da ol­duğ­u­nu və olac­ağ­ı­nı gur səs­lə də­fə­lər­lə bəy­an edib. Ça­tış­may­an, bu­nun qar­şı­lığ­ı­nın ve­ril­mə­si­nə siy­a­si ira­də­nin qı­sır­lığ­ı­dır.

-Zə­lim­xan bəy, Türkiyə-Ru­siya mo­ni­to­rinq mər­kə­zi­nin fə­a­liyy­ə­ti qar­şı­da­kı dövr üçün nə vəd edir?

-Ru­siya-Türkiyə mo­ni­to­rinq mər­kə­zi ümid ye­ri­dir. Türkiy­ə­nin gec, ya tez bö­lg­ə­də otu­ruş­ma­sı üçün bir day­aq­dır. Ru­siya, in­di­ki du­rum­da bütün va­si­tə­lər­lə Türkiy­ə­nin gücünün kon­flikt zo­na­sı­na gir­mə­si­ni bütün va­si­tə­lər­lə əng­əl­lə­mək­də­dir. Ru­siy­a­nın isə öz mil­li-stra­te­ji ma­raq­la­rı na­mi­nə tə­rəddüd et­mə­dən re­al­laş­dır­maq is­ti­qa­mə­tin­də fə­a­liyy­ət­də­dir. Ha­ki­miyy­ə­ti­mi­zin bu hoq­qa­la­ra sus­qun­luğu isə ha­ki­miyy­ə­ti­mi­zin Ru­siy­a­nın öz la­hiy­ə­si ol­ma­sı haq­qın­da cid­di rəy for­ma­laş­dır­maq­da­dır.