Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev əfv sərəncamı ilə bağlı prezidentə təşəkkür edib.

Unikal.org xəbər verir ki, siyasətçi bu barədə "Facebook" hesabında yazıb.

"Prezidentin imzaladığı əfv sərəncamını yüksək humanizm aktı kimi dəyərləndirirəm və Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Novruz bayramını yüzlərlə məhbus evində, əzizləri arasında keçirəcək. Bundan böyük xöşbəxtlik olarmı? Azad edilən hər bir keçmiş məhbusu təbrik edir və gözaydınlığı verirəm. İki nəfərin əfv olunması ilə bağlı müraciətim müsbət həll edilib və hər iki şəxs artıq azadlıqdadır. Əvf komissiyasının üzvlərinə dərin təşəkkürümü bildirirəm. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə Əfv Komissiyasının rəhbəri və baxılan işlərin tezləşdirilməsi üçün yaratdığı şəraitə və sonda operativ qərarlara görə dərin təşəkkürümü çatdırıram", - deyə R.Nurullayev qeyd edib.