“Bugünədək vətəndaşlara 500 min dozadan çox vaksin vurulub. Növbəti həftənin 1-ci günündən 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq. Vətəndaşlarımızı buna qoşulmağa çağırıram”.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, son günlərdə bir çox vətəndaşlarımız tərəfindən sərtləşmənin olacağı ilə bağlı fikirlər səsləndirildi: “Operativ Qərargahın buna gedib-getməməyi isə özümüzdən asılıdır”.