Bayramlar ərəfəsində vətəndaşlarımızı mümkündürsə heç hara çıxmamağa, özlərini qorumağa çağırıram. Əgər yoluxma sayı artsa, Operativ Qərargahın başqa yolu olmayacaq və sərtləşməyə gediləcək”.

Unikal.org xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.