Belarusun “Belavia" aviaşirkəti martın 20-dən etibarən Minsk-Bakı aviareysi üzrə uçuşları bərpa edir.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

Bildirilir ki, Minsk-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.