"Deyirdim ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını işğaldan sonra Qarabağ torpağımızda qeyd edəcəyik. Dedik, və bu gün gəldik. Bu gün biz Novruz bayramını Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisədir, böyük xoşbəxtlikdir"

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.