Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Unikal.org xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiya təmsilçisi Cambolat Lokyayevlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Məmmədov gümüş medal əldə edib.

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.