Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun 5 kəndində sanitar-epidemioloji normaları pozaraq yas mərasimləri təşkil edən şəxslər müəyyən edilib.

Qayda pozuntusuna yol verən ümumilikdə 24 nəfər barəsində inzibati qaydada protokollar tərtib edilib.