"Məktəbəhazırlıq qruplarına qeydiyyat tarixi hələ dəqiqləşməyib".

Unikal.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O qeyd edib ki, qeydiyyatın yay aylarında, iyun-iyulda olması gözlənilir: “Lakin pandemiya şəraiti və digər səbəblərlə əlaqəli proses uzadıla və ya əvvələ çəkilə bilər. Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.